Naxçıvanda baş verən yanğınlar söndürüldü - FOTO/VİDEO

Naxçıvanda baş verən yanğınlar söndürüldü - FOTO/VİDEO

Hazırda oxunan: Naxçıvanda baş verən yanğınlar söndürüldü - FOTO/VİDEO
205477
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nəzərabad kəndində yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Babək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. 
 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. 


Yanğın nəticəsində ümumi sahəsi 2,5 hektar olan biçilmiş taxıl sahəsinin 1.5 hektarı yanıb. 

Sahənin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub. 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO