FAKTİKİ HAVA: Bakıda külək güclənib, bölgələrdə leysan yağır

FAKTİKİ HAVA: Bakıda külək güclənib, bölgələrdə leysan yağır

Hazırda oxunan: FAKTİKİ HAVA: Bakıda külək güclənib, bölgələrdə leysan yağır
203909
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Hidrometeorologiya Xidmətinin iyulun 28-i saat 10:00-a olan məlumatına görə, öncədən xəbər verildiyi kimi bölgələrdə qeyri-sabit hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Zaqatalada 72 mm, Balakəndə 62 mm, Gədəbəydə 54 mm, Qaxda 39 mm, Göygöldə 33 mm, Şəkidə 31 mm, Yardımlı, Xınalıqda 21 mm, Tovuzda 20 mm, Qrızda 19 mm, Gəncədə 18 mm, Lerik, Şəmkirdə 17 mm, Lənkəranda 15 mm, Şahdağda 14 mm, Daşkəsəndə 13 mm, Qusar, Ceyrançöl, Oğuz, Ağstafa, Astara, Naftalan, Mingəçevir, Quba, Qəbələ, Yevlax, Goranboy, Xaçmaz, Göyçay, Tovuz, Tərtər, Bərdədə 11 mm-dək təşkil edib.

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Şirvanda 16 m/s, Cəlilabadda 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO