Bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA 

Bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA 

Hazırda oxunan: Bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA 
202653
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 19-u saat 10:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, iyulun 19-u saat 10:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, gündüz saatlarında bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 

Bakıda və Abşeron yarımadasında da gündüz saatlarında qısamüddətli az yağış yağıb. 

Düşən yağıntının miqdarı Şahdağda 16 mm, Qrızda 9 mm, Xınalıq, Qax, Zaqatalada 7 mm, Şəki, Balakən, Göygöl, İsmayıllı, Oğuz, Gəncə, Gədəbəy, Şəmkir, Ceyrançöl, Qəbələ, Altıağac, Xaçmaz, Quba, Qusar, Şabran, Xaltan, Bərdə, Mingəçevir, Göyçay, Sabirabad, Daşkəsən, Goranboyda 3 mm-dək olub. 
İyulun 18-də sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO