Salyanda qadın bacısını döydü

Salyanda qadın bacısını döydü

Hazırda oxunan: Salyanda qadın bacısını döydü
201214
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Salyanda qadın bacısını döyüb. Münaqişəyə səbəb mülk davası olub.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan oxu.az-a bildirib ki, Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbə sakini Sevinc Tarverdiyeva ötən ayın 27-də DİN-in "102" xidmətinə, 28-də isə Salyan Rayon Polis Şöbəsinə müraciət edərək Salyan rayonu ərazisində bacısı Aybəniz Tarverdiyeva tərəfindən döyülməsi barədə məlumat verib.

Daxil olan məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb, tərəflərin və hal şahidlərinin izahatları alınıb, müvafiq tibbi ekspertiza təyin edilib. 

Aparılan araşdırmaların və ekspertizanın rəyindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO