Qəbələdə beynəlxalq yarışa start verildi - 6 ölkədən 18 komanda mübarizə aparır - FOTO

Qəbələdə beynəlxalq yarışa start verildi - 6 ölkədən 18 komanda mübarizə aparır - FOTO

Hazırda oxunan: Qəbələdə beynəlxalq yarışa start verildi - 6 ölkədən 18 komanda mübarizə aparır - FOTO
199835
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə "Gənc xilasedici və yanğınsöndürən" Ümumrespublika və "Gənc xilasedici" Beynəlxalq yarışlarının açılış mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qəbələdə baş tutan yarışda Azərbaycan da daxil olmaqla 6 ölkədən 18 komanda mübarizə aparacaq.

Açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib.
Mərasim komandaların təqdimatı və bədii hissə ilə başlayıb. Qarşıdakı günlərdə komandalar müxtəlif mərhələdə tərtib olunmuş proqramlar üzrə yarışacaqlar.

Geniş proqramla təşkil olunan tədbirin bağlanış və final mərhələsi iyul ayının 6-da olacaq.

Qəbələdə beynəlxalq yarışa start verildi - 6 ölkədən 18 komanda mübarizə aparır - FOTO - foto 1
Qəbələdə beynəlxalq yarışa start verildi - 6 ölkədən 18 komanda mübarizə aparır - FOTO - foto 2

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO