Birinci Qarabağ müharibəsinin şəhidi Göygöldə dəfn olundu - FOTO

Birinci Qarabağ müharibəsinin şəhidi Göygöldə dəfn olundu - FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin şəhidi Göygöldə dəfn olundu - FOTO
199333
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Zeynalov Ucar Fidail oğlunun qalıqları bu gün ailəsinə təhvil verilib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhid 19.07.1992-cü ildə Bakı şəhərində I Şəhidlər xiyabanında naməlum əsgər kimi dəfn olunub.

Şəhid  Zeynalov Ucar Fidail oğlu 07 mart 1973-cü ildə Göygöl rayonunun Pənahlılar kəndində anadan olub. 1980-ci ildə Göygöl rayon Pənahlılar kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilib. 1990-cı ildə həmin məktəbin 10-cu sinfini bitirib Göygöl Peşə Məktəbinə daxil olub. 1992-ci ildə Peşə Pəktəbini bitirib. 1992-ci ildə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

Zeynalov Ucar Fidail oğlu I Qarabağ müharibəsində 19 iyul 1992-ci il tarixdə Ağdərə rayonunun Umudlu kəndində gedən döyüşlərdə həlak olub.

Şəhid doğulub, boya-başa çatdığı Pənahlılar kənd qəbirstanlığında  torpağa tapşırılıb. 

Dəfn mərasimində şəhidin doğmaları, şəhid ailələri, Göygöl rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Birinci Qarabağ müharibəsinin şəhidi Göygöldə dəfn olundu - FOTO - foto 1
Birinci Qarabağ müharibəsinin şəhidi Göygöldə dəfn olundu - FOTO - foto 2
Birinci Qarabağ müharibəsinin şəhidi Göygöldə dəfn olundu - FOTO - foto 3
Birinci Qarabağ müharibəsinin şəhidi Göygöldə dəfn olundu - FOTO - foto 4
Birinci Qarabağ müharibəsinin şəhidi Göygöldə dəfn olundu - FOTO - foto 5




Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO