Bəzi çaylardan sel keçir – FAKTİKİ HAVA 

Bəzi çaylardan sel keçir – FAKTİKİ HAVA 

Hazırda oxunan: Bəzi çaylardan sel keçir – FAKTİKİ HAVA 
199244
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 27-si saat 10:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, iyunun 27-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub. 

Bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib. 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9 mm-dək (aylıq normanın 90%-i), Lənkəran-Astara zonasında 45-83% (aylıq normanın 102-182%-i), Dağlıq Şirvan bölgəsində 10-47 mm (aylıq normanın 80-104%-i), Balakən-Şəki bölgəsində 17-45 mm (aylıq normanın 40-72%-i), Qazax-Gəncə bölgəsində 10-31 mm (aylıq normanın 25%-i), Mərkəzi aran rayonlarında 34 mm-dək (aylıq normanın 78-131%-i), Quba-Qusar bölgəsində 31 mm-dək (aylıq normanın 62%-i), Qarabağ və Şərqi Zəngəzur bölgəsində 12 mm, Naxçıvan MR-da isə 10 mm-dək olub. 

Yağan intensiv yağışlar nəticəsində iyunun 27-də gecə saatlarında Astara rayonu ərazisindən axan Təngərüdçaydan, səhər saatlarında isə Şabran rayonu ərazisindən axan Gilgilçaydan, Qobustan rayonu ərazisindən axan Pirsaatçaydan sel keçir. 

Ölkə ərazisində iyunun 26-da müşahidə olunan güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib. 

İyunun 27-gündüz və 28-də ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO