Bölgələrə leysan yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA

Bölgələrə leysan yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA

Hazırda oxunan: Bölgələrə leysan yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
199181
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 26-sı saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ölkə ərazisində külək güclənib, leysan yağır - FAKTİKİ HAVA 


Qeyd edilib ki, hazırda Maştağa, Balakən, Zaqatala, Gəncə, Gədəbəy, Daşkəsən, İmişli, Tovuz, Beyləqan, Ağcabədi, Yevlax, Ağstafa, Göygöl, Şəmkir, Ağdam, Ağsu , Tərtər, Astara, Lerik, Lənkəran, Yardımlı, Mingəçevir, Şəki, Kürdəmir, Sabirabad, Zərdab, Goranboy, Naftalan, Xınalıq, Xaçmaz, Quba, Qusar, Xaltan, Cəfərxan, Cəlilabad, Şabran, Ordubad, Ceyrançöl, Oğuzda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Gəncə, Daşkəsən, Mingəçevir, Tərtərdə 24-30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Yevlax, Bərdə, Sədərək, Şəmkirdə 20 m/s təşkil edir.

Gədəbəy rayonunun Düzyurd kəndinə saat 13:00 radələrində diametri 14-16 mm olan dolu düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO