Şahdağa qar yağdı - FAKTİKİ HAVA

Şahdağa qar yağdı - FAKTİKİ HAVA

Hazırda oxunan: Şahdağa qar yağdı - FAKTİKİ HAVA
19814
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya  bildirilib ki, mayın 2-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən şimal və qərb rayonlarında intensiv olub, Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-4, Naxçıvan MR-da 6-13, Naxçıvanda 42 (aylıq normanın 106 faizi), Şərurda 20 (aylıq normanın 44 faizi), Kiçik Qafqazda 3-16, Göygöldə 42 (aylıq normanın 39 faizi), Böyük Qafqazda 1-14, Zaqatalada 26 (aylıq normanın 21 faizi), Qusarda 23 (aylıq normanın 42 faizi), Qazax-Gəncədə 7-9; Mərkəzi-Aranda 1-9, Lənkəran-Astarada:1-6 mm təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

SABAHIN HAVA PROQNOZU


Qar örtüyü əmələ gəlib, hündürlüyü Şahdağda 1 sm olub. Mayın 1-i saat 16:20 radələrində Naxçıvana diametri 6 mm olan dolu yağıb.

Respublikanın daxili çaylarında yağan leysan yağışlarla əlaqədar çaylarda sululuq artıb, mayın 2-də Kiçik Qafqazın ərazisindən axan Qoşqarçayda suyun səviyyəsində 47, Kürəkçayda 25, Əsrikçayda 23, Zəyəmçayda 17, Gəncəçayda 13, Axınçaçayda 12 sm artım, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda, Gilgilçayda, Harmidorçayda 2, Qudiyalçayda isə 1 sm artım müşahidə olunub.

Tranzit çaylarda mayın 2-də Araz çayının Qıvraq məntəqəsində (Naxçıvan MR) suyun səviyyəsində 40, Kür-Qıraqkəsəməndə 18, Qanıx-Cəlayirdə isə 17 sm artım müşahidə olunub.

Mayın 2-də Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3, Şirvanda 2 sm artıb, Bankə məntəqəsində isə səviyyə dəyişməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO