Naxçıvanda qoşunlar döyüş hazırlığına gətirildi - VİDEO

Naxçıvanda qoşunlar döyüş hazırlığına gətirildi - VİDEO

Hazırda oxunan: Naxçıvanda qoşunlar döyüş hazırlığına gətirildi - VİDEO
19755
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Qarnizonu Qoşunlarında qərargahların və şəxsi heyətin  döyüş bacarığının təkmilləşdirilməsi istiqamətində keçirilən təlimlər davam edir. “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən növbəti komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, komanda-qərargah təlimində Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Qoşunların cəmləşmə rayonlarında yerləşməsi və müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı şəxsi heyətin tapşırıqları operativ yerinə yetirməsi məşq etdirilib. 

Qərargahlar tərəfindən Vətən müharibəsində qazanılan təcrübələrə uyğun hesablamalar aparılıb, qəbul olunan qərarlar üzrə prakitiki fəaliyyətlərə cəlb edilən qüvvələr döyüş atışlarını icra ediblər. 

Təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində hər iki tərəfin fəaliyyəti, qərarların və apardıqları hesablamaların reallığı kompüterlər üzərində keçirilən təlimdə qiymətləndirilib. 

Təlimin yekununda fəaliyyətlərin təhlili aparılaraq, aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib və qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO