Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub - FOTO

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub - FOTO

Hazırda oxunan: Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub - FOTO
197510
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva Türkiyənin Sabancı Universitetinin rektoru Yusuf Leblebici ilə görüşüb.

Şirkətdən Bizim.Media-ya verilən məlumata görə, görüşdə SOCAR-ın insan kapitalının inkişafına xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə müxtəlif layihələr həyata keçirdiyini bildirən vitse-prezident Ziba Mustafayeva xüsusilə təhsil sahəsinin inkişafı ilə bağlı bir sıra səmərəli tədbirlərin reallaşdırıldığını bildirib.

Z.Mustafayeva BANM-ın fəaliyyətindən, ali məktəbin qazandığı yüksək nailiyyətlərdən bəhs edib.

Görüşdə iştirak edən BANM-ın rektoru Elmar Qasımov bu günlərdə Sabancı Universitetinin rektoru Yusuf Leblebicinin rəhbərliyi ilə nümayəndə heyətinin ali məktəbdə olduğunu və tərəflər arasında əməkdaşlığın uğurla davam etdirildiyini deyib.

Sabancı Universitetinin rektoru Yusuf Leblebici görüşə görə minnətdarlığını bildirərək hazırda “SOCAR Türkiyə” və Sabancı Universitetinin hidrogen layihəsi üzərində birgə çalışdığını deyib, əməkdaşlıqdan məmnunluqlarını söyləyib. Rektor tərəflər arasındakı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən “SOCAR Enerji Məktəbi”nin uğurlarından bəhs edib.

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub - FOTO - foto 1
Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub - FOTO - foto 2
Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub - FOTO - foto 3
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO