Qeyri-iş günlərində Bakı metrosunun iş rejimi DƏYİŞİR 

Qeyri-iş günlərində Bakı metrosunun iş rejimi DƏYİŞİR 

Hazırda oxunan: Qeyri-iş günlərində Bakı metrosunun iş rejimi DƏYİŞİR 
196927
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

15 iyun - Milli Qurtuluş Günü, eləcə də 16-17 iyun - Qurban bayramı ilə əlaqədar Azərbaycanda elan edilmiş 5 qeyri-iş günü ərzində Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. 

“Bakı Metropoliteni” QSC-dən Bizim.Media-ya verilən məlumata görə, “Qırmızı xətt”in “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 15, 16, 17 və 19 iyun tarixlərində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə, iyunun 18-də isə həmin sahədə 3 dəqiqəyə bərabər intervalla tənzimlənəcək.

“Yaşıl” və “Qırmızı xət”lərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. 

Qeyri-iş günlərində bayram tədbirləri və kütləvi-mədəni proqramların təşkilini, eləcə də milli adət-ənənəmizə uyğun bayramlaşma, gəzinti və asudə vaxtdan səmərəli istifadə ediləcəyini nəzərə alaraq, metropolitendə sərnişin axınının istiqamətlərinin tez-tez dəyişməsinin mümkünlüyü nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının növbətçilik cədvəli əsasında işə cəlb edilməsi təmin olunacaq. Bununla yanaşı, stansiyaların infrastrukturunun, həmçinin mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq. 

Zəruri hallarda xətlərə buraxılmaq üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. 

Qeyri-iş günlərində “Bakmil” stansiyasına qatarların hərəkət cədvəlləri də dəyişdirilərək, 15, 16, 17 və 19 iyun tarixlərində şənbə günü cədvəlinə uyğun tənzimlənəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO