Elan saytlarına saxta məlumatlar yerləşdirən şəxs saxlanılıb - VİDEO 

Elan saytlarına saxta məlumatlar yerləşdirən şəxs saxlanılıb - VİDEO 

Hazırda oxunan: Elan saytlarına saxta məlumatlar yerləşdirən şəxs saxlanılıb - VİDEO 
195206
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elan saytlarında moped, "Playstation" və mobil telefonların kreditlə satılması ilə bağlı saxta məlumatların yerləşdirildiyi və vətəndaşların pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə çoxsaylı şikayətlər daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində həmin əməlləri törədən 2001-ci il təvəllüdlü Rəşad Adışov saxlanılıb.

Araşdırma zamanı onun elan saytlarında gündəlik olaraq saxta elanlar yerləşdirdiyi müəyyən olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

R.Adışovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO