Şirkətdən 55 min mənimsəyən xanım mühasibə 6 il həbs cəzası veriləcək? - FOTO

Şirkətdən 55 min mənimsəyən xanım mühasibə 6 il həbs cəzası veriləcək? - FOTO

Hazırda oxunan: Şirkətdən 55 min mənimsəyən xanım mühasibə 6 il həbs cəzası veriləcək? - FOTO
194657
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Bakıda şirkətlərdən birində mühasib işləyən, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Bahar Altay qızı Abışovanın məhkəmə prosesi keçirilib.

Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, "Akrali Metal" şirkətinin 55 250 manat pulunu mənimsəyən Bahar Abışovanın dəymiş ziyandan 15 min manat ödədiyi məlum olub. 

Məhkəmə prosesində o da məlum olub ki, şirkət keçmiş mühasibinə 10 min manat da bağışlayıb. Sonra dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək Bahar Abışovanın 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Bahar Abışova ibtidai istintaq dövründə həbs edilsə də, 13 dekabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Çıxış edən şirkət qanunu nümayəndəsi Bahar Abışovanın həbslə olmayan cəzanın verilməsini məhkəmədən xahiş edib. Şirkətin nümayəndəsi Ülkər Akralı da vəkilinin çıxışı ilə razı olduğunu qeyd edib.

Məhkəmə prosesi 5 iyun tarixinə kimi təxirə salınıb.

Şirkətdən 55 min mənimsəyən xanım mühasibə 6 il həbs cəzası veriləcək? - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO