Cəlilabadda 2 uşaq atasının qəfil ölümünün TƏFƏRRÜATLARI - VİDEO

Cəlilabadda 2 uşaq atasının qəfil ölümünün TƏFƏRRÜATLARI - VİDEO

Hazırda oxunan: Cəlilabadda 2 uşaq atasının qəfil ölümünün TƏFƏRRÜATLARI - VİDEO
193908
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabadda 31 yaşlı kişinin ölümü ilə bağlı bəzi detallar məlum olub.

Bizim.Media xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vəfat edən rayon sakini, 1993-cü il təvəllüdlü Vahid Sübhan oğlu Nuriyevin qonşusu Rəşad Əzizov Baku TV-yə açıqlamasında bildirib ki, səhər saatlarında problemlə bağlı xəstəxanaya müraciət ediblər:

"Üç-dörd dəfə onu xəstəxanaya apardıq, dedilər ki, gedin, yara çirklənəndə gələrsiniz, heç bir problem olmayacaq. Bu gün səhər xəstəxanaya apardıq, sağ ayağı tamamilə şişmişdi. Üç dənə sistem qoşdular, amma faydası olmadı. Birdən-birə halı pisləşdi, reanimasiyaya qaldırdılar. 10 dəqiqə sonra məlumat verdilər ki, vəfat edib".

R.Əzizov qeyd edib ki, Vahid iki uşaq atası olub və usta kimi çalışıb:

"Yoldaşı da xəstədir. Kasıbçılıqla dolanırdılar".

Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 17:10-da xəstəxanaya cinsiyyəti kişi olan, 1993-cü il təvəllüdlü xəstə müraciət edib.

"Aşağı ətrafların flebiti və dərin drombo filipiti diaqnozu ilə xəstəyə ilkin tibbi yardım göstərilib. Təcili yardım şöbəsində xəstənin halı pisləşib və reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstədə bioloji ölüm halı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.

Daha ətraflı Baku TV-nin süjetində:
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO