Sürücülərin NƏZƏRİNƏ: Sabah Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsi bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Sabah Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsi bağlanacaq

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Sabah Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsi bağlanacaq

193518

Yerüstü piyada keçidinin inşası ilə əlaqədar, sabah saat 00:00-dan 07:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26.5-ci kilometrliyində avtonəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat yayıb.

Qeyd olunanları nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmaları, yol nişanlarının tələblərinə, sürət rejiminə ciddi riayət etmələri, özlərinin, digər hərəkət iştirakçılarının və təmir briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinmələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO