Teatrlara verilən status aktyorların maddi durumuna TƏSİR edəcəkmi? – Rəsmi AÇIQLAMA 

Teatrlara verilən status aktyorların maddi durumuna TƏSİR edəcəkmi? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Teatrlara verilən status aktyorların maddi durumuna TƏSİR edəcəkmi? – Rəsmi AÇIQLAMA 

193462

Azərbaycan teatrının 151 yaşı var. Hazırda ölkədəki teatrların əsas hissəsi paytaxtda fəaliyyət göstərir. Onların bəzilərinə “akademik”, bəzilərinə “milli” statusu verilib. Bəzi teatr isə hər iki statusa sahibdir.

May ayının 16-da Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib.

2008-ci ildə təsdiq edilmiş qaydaya görə teatrlara bu statuslar onların fəaliyyətlərindəki yeniliklər, milli-mənəvi dəyərlərə sadiqlik, peşəkarlıq nəzərə alınmaqla kollektivin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilir.

Bəs bu status teatrın fəaliyyətinə, həmçinin, aktyorların və teatr işçilərinin maddi durumuna necə təsir edəcək?

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin katibi Samirə Əşrəf Bizim.Media-ya açıqlamasında deyib ki, bu, aktyorların yaradıcılığına müsbət təsir edəcək:

“May ayı bizim üçün əlamətdar oldu. Ayın 9-da incəsənət xadimlərinə prezident təqaüdləri verildi və bu adlar arasında bizim teatrdan da 10 nəfər var idi. Bunlar arasında həm əməkdar artistlərimiz, həm də gənc aktyrolarımız var. Buna qədər gənc aktyorlarımızın heç bir ad və titulları yox idi. Amma həqiqətən də teatrda çox böyük zəhmət, əziyyət çəkən, illərlə çalışan aktyrolardır.

Növbəti xəbər isə milli statusla bağlıdır. Bizim teatrın 96 yaşı var, uzun illərdir ki, bu xəbəri gözləyirdik. Çox sevindirici haldır, prezidentə, birinci vitse-prezidentə təşəkkür edirik. Status rifahın yaxşılaşdırılması ilə yanaşı həm də aktyorların, yaradıcı insanların stimulu, motivasiyası oldu. Onlar hiss edirlər ki, doğrudan da onlara dövlət qayğısı, rəsmi insanların diqqəti var. Bu, onların yaradıcılığında çox böyük mərhələdir. Dünəndən xalq artistlərindən tutmuş pərdə arxasında qalan bütün işçilər çox xoşbəxtdirlər”.

O bildirib ki, statusun verilməsi müəyyən mənada məvaciblərə təsir göstərəcək:

“İyunun 2-də “Qaraca qız” tamaşasının premyerası olacaq. “Fiqaronun toyu” tamaşası hazırlanır, quruluşçu rejissor əməkdar artist Nicat Kazımovdur. Yeni mövsümdə daha maraqlı səhnə əsərləri ilə tamaşaçıların qarşısında olacaağıq”.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO