Göyçayda motosiklet avtomobillə toqquşdu - FOTO

Göyçayda motosiklet avtomobillə toqquşdu - FOTO

Hazırda oxunan: Göyçayda motosiklet avtomobillə toqquşdu - FOTO

192918

Göyçayda  yol qəzası baş verib, xəsarət alan var.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə  Bakı - Şamaxı - Yevlax yolunun 215-ci km-də, Göyçay rayonu Çayarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda hərəkət edən 1989-cu  il təvəllüdlü İsmayılov Fərhad Ədalət oğlunun idarə etdiyi motosiklet ilə rayon sakini 1986-cı il təvəllüdlü Elvin Mərdanovun idarə etdiyi  OPEL markalı avtomobillə toqquşub. 

Dərhal əraziyə təcili yardım birqadası çağırılıb.

Yaralı təcili yardım vasitəsi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. 

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.








Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO