Qeyri-sabit hava Şimal-Qərb bölgəsində fəsadlar TÖRƏDİB - FOTO

Qeyri-sabit hava Şimal-Qərb bölgəsində fəsadlar TÖRƏDİB - FOTO

Hazırda oxunan: Qeyri-sabit hava Şimal-Qərb bölgəsində fəsadlar TÖRƏDİB - FOTO
192782
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şimal-Qərb bölgəsinə daxil olan Balakən, Zaqatala və Qax rayonlarında ötən gecədən etibarən yağan leysan və dolu fəsadsız ötüşməyib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təbii fəlakət daha çox Qax rayonundakı yaşayış məntəqələrinə, təsərrüfatlara zərər vurub.

Rayon ərazisində gecədən başlayan leysan yağışları sonradan dolu ilə əvəzlənib. Belə ki, Qaxda gürcülərin kompakt yaşadığı Əlibəyli kəndinə yağan dolu sakinlərin evlərinə ciddi zərər verməsə də,  üzüm bağlarını və bostanlarını xeyli zədələyib.

Leysan yağışları rayonun Tasmalı, Lələpaşa, Turaclı, Ləkit və Zəyəm kəndlərində sakinlərin həyətlərində dolub. Fındıq bağları, qarğıdalı sahələrini sel-sular basıb.

Rayon Fövqəladə hallar Komissiyasından verilən məlumata əsasən ilkin hesablamalarla 80 hektara yaxın yazlıq bitkilərə ziyan dəyib. Buraya qarğıdalı və tütün əkilən sahələr də daxildir. Eyni zamanda 20 hektara yaxın bar verən fındıq bağları da sel-sulara qərq olub.

Hımçinin bildirilib ki, dolu və leysan yağışları enerji sektorunda və yol infrastrukturunda heç bir problem yaratmayıb. Komissiya üzvləri hazırda ərazilərdə dəymiş ziyanın  hesablanması və aradan qaldırılması istiqamətində iş aparırlar.

Qeyri-sabit hava Şimal-Qərb bölgəsində fəsadlar TÖRƏDİB - FOTO - foto 1
Qeyri-sabit hava Şimal-Qərb bölgəsində fəsadlar TÖRƏDİB - FOTO - foto 2
Qeyri-sabit hava Şimal-Qərb bölgəsində fəsadlar TÖRƏDİB - FOTO - foto 3
Qeyri-sabit hava Şimal-Qərb bölgəsində fəsadlar TÖRƏDİB - FOTO - foto 4
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO