Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO

Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO

Hazırda oxunan: Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
192681
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avtomobili və sürücülük vəsiqəsi olmayan Ağdaş sakininin yaşadığı ünvana radara düşməsi ilə bağlı cərimə protokolu gəlib.

Bizim.Media xəbər verir ki, Ağdaş rayonu, Qolqəti kənd sakini 17 yaşlı Orxan Həsənov deyir ki, hazırda adında radara düşməsi ilə bağlı iki cərimə protokolu var.

Orxan Həsənov bildirib ki, ona cərimə heç sürə bilmədiyi yük maşınına görə yazılıb.

Ekspertlərin sözlərinə görə, belə hallar texniki səbəblərdən baş verir və bunun əsas səbəbi də məlumatların sistemə yanlış daxil edilməsidir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, həmin nəqliyyat vasitəsi etibarnamə əsasında sürülməyə verildiyi zaman texniki xəta yaranıb. Bununla bağlı baş idarəyə müraciət etdikdən sonra məsələyə baxılacaq.
Ekspertlər bu kimi hallarla rastlaşan vətəndaşlara vaxtında uyğun idarələrə müraciət etməyi, adlarından cəriməni sildirməyi məsləhət görürlər.

Daha ətraflı “Xəzər TV”nin hazırladığı videosüjetdə:
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO