Rüşvət almaqda ittiham olunan sabiq məmurlar Ali Məhkəməyə üz tutdular

Rüşvət almaqda ittiham olunan sabiq məmurlar Ali Məhkəməyə üz tutdular

Hazırda oxunan: Rüşvət almaqda ittiham olunan sabiq məmurlar Ali Məhkəməyə üz tutdular
191597
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rüşvət almaqda təqsirləndirilərək həbs edilən Lənkəran Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri Faiq Köçəriyev və Ağayar Yusubov Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, onların şikayətinə hakim Teyyub Muxtarovun sədrliyi ilə baxılacaq. Avqustun 23-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.

Faiq Köçəriyev Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şürük kəndi üzrə, Ağayar Yusubov isə Vilvan kəndi üzrə icra nümayəndəsi vəzifəsində işləyiblər.

Onlar 2021-ci ildə həbs ediliblər və barələrində Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) cinayət işi başlanıb. İşin məhkəmə istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılıb. Lakin onlara verilən cəza barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Qeyd edək ki, 311.2-ci maddə üzrə üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO