Cəlilabadda itkin düşən 18 yaşlı gənc TAPILDI - Gediş səbəbi bu imiş

Cəlilabadda itkin düşən 18 yaşlı gənc TAPILDI - Gediş səbəbi bu imiş

Hazırda oxunan: Cəlilabadda itkin düşən 18 yaşlı gənc TAPILDI - Gediş səbəbi bu imiş

191443

Polis tərəfindən barəsində itkin düşdüyü üçün axtarış elan edilən, Cəlilabad rayon Uzuntəpə kənd sakini 18 yaşlı gənc Nəsib Quliyev tapılaraq, artıq yaşadığı ünvana qaytarılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o, bu gün hərbi xidmətə çağırış vərəqəsi almaq üçün rayon hərbi komissarlığında da olub.

Gənc, haqqında yayılan şayiələrin əksinə olaraq, evdən getməsində tutarlı səbəbləri olmadığını bildirib.

Qeyd edək ki, polis onun yerini Bakıda müəyyən edərək rayona qayıtmasına nail olub. Gənc özü Bakıya sadəcə gəzməyə getdiyini, bir neçə gün dönərxanalarda işlədiyini, gecələri isə parkda, skamyalarda, yatdığını deyib.
Xatırladaq ki, 18 yaşlı gəncin evdən getməsində ailəsində olan problemlər qabardılırdı. Gəncin valideynləri rəsmi surətdə ayrıldıqlarından o, ana babasının himayəsində yaşayır.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO