Naxçıvanda boğularaq ölən iki dostla bağlı DETALLAR – FOTO 

Naxçıvanda boğularaq ölən iki dostla bağlı DETALLAR – FOTO 

Hazırda oxunan: Naxçıvanda boğularaq ölən iki dostla bağlı DETALLAR – FOTO 

191419

Naxçıvanda Astaradan olan iki gəncin göldə boğulmasının bəzi təfərrüatları məlum olub. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hər iki gənc, 19 yaşlı Fəttah Zəkəriyəyev və 18 yaşlı Əli Mehrəliyev Naxçıvan Dövlət Universitetinin Stomatologiya fakültəsinin birinci kurs tələbələri olublar. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda iki tələbə göldə boğularaq öldü – FOTO  


Gənclər göl qırağında olarkən Əlinin telefonu suya düşüb. Ardınca Əli özü sürüşərək gölə düşüb.

Fəttah onu qurtarmaq üçün gölə atılsa da, hər iki dost boğularaq həyatlarını itiriblər. Bu haqda boğulan gənclərin doğulduğu Astara rayonunun Pensər kəndindən olan sakinlər məlumat veriblər. 

Həlak olan hər iki gəncin cənazəsinin yaxın saatlarda Naxçıvandan Astaraya gətiriləcəyi gözlənilir. 


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO