Ölümlə ÜZ-ÜZƏ – Bakıda piyada səkisi yolun ortasına ÇIXIR – FOTO/VİDEO 

Ölümlə ÜZ-ÜZƏ – Bakıda piyada səkisi yolun ortasına ÇIXIR – FOTO/VİDEO 

Hazırda oxunan: Ölümlə ÜZ-ÜZƏ – Bakıda piyada səkisi yolun ortasına ÇIXIR – FOTO/VİDEO 

190858

Binəqədi şose yolunun qırağındakı piyada səkisi vətəndaşları avtomobil yolunun ortasına aparır. Belə ki, Binəqədi rayonu, “Azadlıq prospekti” metrostansiyasının yaxınlığından keçən Binəqədi şose yolunun qırağındakı piyada səkisi yolun yarısında bitir.

Səki ilə üzü Biləcəri, Binəqədi, Rəsulzadə qəsəbələri istiqamətinə hərəkət edən piyadalar mənzil başına çatmaq üçün yolun o tayına (o biri üzünə) keçməyə məcbur qalırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Maşını səkidə idarə edən sürücü HƏBS OLUNDU - VİDEO 


Səkinin bitdiyi yerdə piyada zolağı olmadığından vətəndaşlar həm özlərinin, həm də avtomobil sürücülərinin həyatını təhlükəyə atırlar. Çünki yolu keçmək üçün istifadə edilən yerüstü piyada keçidi və piyada zolağı həmin ərazidən xeyli uzaqda yerləşir.

Bir sözlə, həmin əraziyə yolu düşən paytaxt sakinləri avtomobil yolu qurtarmamış bitən piyada səkisi ilə rastlaşıb, özlərini avtomobillərin arasında, yolun ortasında tapa bilərlər. Ümid edirik ki, ictimailəşdirdiyimiz məsələ ilə bağlı aidiyyəti qurumlar hərəkətə keçəcək.

Bizim.Media sözügedən ərazidən görüntüləri təqdim edir:















Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO