Bakıda doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Bakıda doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda oxunan: Bakıda doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib
190759
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 34 yaşlı qadının doğuş səbəbi ilə çağırış daxil olub. Ünvana təcili tibbi yardım briqadası göndərilib və xəstəxanaya aparılarkən 37 həftəlik hamilə qadının doğuş prosesi başlayıb. Həkim briqadası tərəfindən operativ müdaxilə edilməklə, doğuş prosesi elə təcili tibbi yardım avtomobilində gerçəkləşib.
Təcili tibbi yardım briqadası tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (oğlan) ərazi üzrə ən yaxın ünvana - Respublika Klinik Xəstəxanasına çatdırılıb.

Hazırda ana və körpənin vəziyyəti stabildir.

Xəstənin ailəsi təcili tibbi yardım briqadasına göstərdikləri tibbi xidmətə, operativ müdaxiləyə görə öz təşəkkürünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO