Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır

Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır

Hazırda oxunan: Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır

190637

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatır. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, abituriyentlər bu gün 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər. 

6 may saat 09:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 29230, II qrup üzrə 23163, III qrup üzrə 24499, IV qrup üzrə isə 5804 abituriyent elektron ərizəsini təsdiq edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO