Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Hazırda oxunan: Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

190172

2023-2024-cü tədris ilinin yaz semestrində təhsil tələbə krediti almaq üçün müraciət edənlərin bu günə olan statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Bizim.Media-ya bildirilib ki, yaz semestri ərzində 7449 tələbə kredit almaq üçün müraciət edib. 

Onlardan 504 nəfərin müraciəti natamam olub, 365 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 390 nəfərin müraciətinə imtina cavabı verilib, 335 nəfərin müraciəti isə banka yönləndirilib.

Yaz semestri üzrə 5855 tələbəyə təhsil krediti verilib. Onların arasından 1786 nəfərin müraciəti sosial, 4069 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO