Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Hazırda oxunan: Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
189957
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gün öncə ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlu yaşayış yerinin dəyişməsi üçün məhkəməyə müraciət edib.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, onun müraciətinə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Məhkəmə İbadoğlunun iddiasını təmin edərək onun bağ evinə köçməsinə icazə verib.

Xatırladaq ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. Yaxın günlərdə məhkəmənin başlanacağı gözlənilir. 
Qeyd edək ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbs edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO