İrandan gətirilən ərzaq məhsullarında göbələk AŞKARLANDI

İrandan gətirilən ərzaq məhsullarında göbələk AŞKARLANDI

Hazırda oxunan: İrandan gətirilən ərzaq məhsullarında göbələk AŞKARLANDI

189823

İrandan Azərbaycana idxal olunan bəzi ərzaq məhsullarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, İranda fəaliyyət göstərən sahibkarlıq subyektləri - “Soda Tejarat Diba”, “Tolidi Bazargani Modern Sazan Mandegar”, “Behzad Tejarat Aras İlman”, “Maham Tejarat Dena Paydar”, “Asia Fruits”, “Hamid Fallah Co.” və "Seyed Reza Farahmandnia" MMC tərəfindən ölkəmizə ixrac edilən xurma, püstə, zirinc və qovrulmuş çətənə məhsullarından nümunələr götürülüb, analiz edilib.
Müayinələr nəticəsində məhsul partiyalarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO