Cəlilabadda çiyələk su qiymətinə endi - Məhsul daha da ucuzlaşacaq

Cəlilabadda çiyələk su qiymətinə endi - Məhsul daha da ucuzlaşacaq

Hazırda oxunan: Cəlilabadda çiyələk su qiymətinə endi - Məhsul daha da ucuzlaşacaq

189767

Cəlilabadda çiyələyin qiyməti sürətlə ucuzlaşmaqdadir. 

Bizim.Media xəbər verir ki, mövsümün əvvəlində 5-7 manata satılan bu məhsul az öncə 2.50 qəpiyə enmişdisə, hazırda bazarlarda çiyələyin kilosu 1.50 qəpiyə təklif olunur. 

Yerli fermerlərin sözlərinə görə, məhsulun tezliklə bu qiymətə enəcəyi gözlənilməz olub. 

Üstəlik sahələrdən topdansatış qiymətləri daha ucuzdur. Mövcud vəziyyət məhsulun bolluğu və çiyələk əkinin genişlənməsi ilə izah edilir. Məhsulun daha da ucuzlaşacagı istisna edilmir.

Qeyd edək ki, bu il Cəlilabadda 560 hektarda çiyələk əkini aparılıb ki, bu da keçən ilki göstəricidən 55 hektar çoxdur.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO