Mənzildən 60 min manatlıq qızıl oğurlandı - Xidmətçi SAXLANILDI 

Mənzildən 60 min manatlıq qızıl oğurlandı - Xidmətçi SAXLANILDI 

Hazırda oxunan: Mənzildən 60 min manatlıq qızıl oğurlandı - Xidmətçi SAXLANILDI 

189515

Bakının Nizami rayonu ərazisində mənzillərin birindən 60 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb. 

Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub. 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO