Qaraçuxurda su çənində qalan vətəndaş belə xilas edildi - VİDEO

Qaraçuxurda su çənində qalan vətəndaş belə xilas edildi - VİDEO

Hazırda oxunan: Qaraçuxurda su çənində qalan vətəndaş belə xilas edildi - VİDEO

189387

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş fərdi yaşayış evində dərinliyi 2, diametri 1,5 metr olan su çəninin içində təmir işləri aparıb və geriyə çıxa bilməyərək təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə su çəninin içində köməksiz vəziyyətdə qalan vətəndaş 1986-cı il təvəllüdlü T.Məmmədov xilas edilib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO