Yenə yola bitum DAĞILDI - VİDEO

Yenə yola bitum DAĞILDI - VİDEO

Hazırda oxunan: Yenə yola bitum DAĞILDI - VİDEO

189232

Bakının 8 Noyabr prospektində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.

Bizim.Media Oxu.az-a istinadən xəbər verir ki, bitum maddəsini daşıyan “KamAZ” markalı avtomobilin yolda təkəri qırılıb və hadisə nəticəsində sözügedən maddə yola dağılıb.

Prospektdə sıxlıq yaranıb. Bundan başqa, avtomobilin qırılan təkəri də yolun ortasında qalıb.

Bu da, sürücülər üçün əlavə problem yaradıb. Qeyd edək ki, sözügedən ərazidə sürücülər üçün xəbərdarlıqla bağlı heç bir nişan qoyulmayıb. Xatırladaq ki, 6 noyabr tarixində Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğıntəhlükəli bitum dağılmışdı.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO