Qəbul imtahanları üçün ən çox bu qrupa sənəd verilib - STATİSTİKA 

Qəbul imtahanları üçün ən çox bu qrupa sənəd verilib - STATİSTİKA 

Hazırda oxunan: Qəbul imtahanları üçün ən çox bu qrupa sənəd verilib - STATİSTİKA 
189089
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir.  

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, abituriyentlər 2024-cü il 6 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər. 

26 aprel saat 09:15-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə 19671, II qrup üzrə 16904, III qrup üzrə 17093, IV qrup üzrə isə 4440 abituriyent elektron ərizəsini təsdiq edib. 

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.

Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının 1-ci mərhələsi) vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərlər.
Bu halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin abituriyentlərin ötən il topladıqları bal nəzərə alınacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO