Lənkəranda ağır QƏZA – Xəsarət alan var 

Hazırda oxunan: Lənkəranda ağır QƏZA – Xəsarət alan var 

188977

Lənkəran-Boradigah-Masallı magistralının Lənkəran rayonunun Girdəni kəndindən keçə hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüsey oğlu Fərəcov idarə etdiyi “Mercedes” markalı 44-BR-444 dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarə etmədən çıxaraq yol kənarındakı divara çırpılıb. 

Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb. Ətrafdakıların köməyilə sürücü avtomobildən çıxarılaraq təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Faktla bağlı araşdırma aparılır. 

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO