Zaqatalada arvadını baltalayan kişinin məhkəməsi başlayır

Zaqatalada arvadını baltalayan kişinin məhkəməsi başlayır

Hazırda oxunan: Zaqatalada arvadını baltalayan kişinin məhkəməsi başlayır
18896
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatalada arvadını qətlə yetirməkdə təqsirləndirilən Fazil İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib. Qeyd edək ki,  hadisə ötən il rayonun Yengiyan kəndində baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Zalxa Qədim qızı İsmayılovanın üzərində zorakılıq əlamətləri olan meyiti ailəsinə məxsus fındıq bağında kənd sakinləri tərəfindən aşkar edilib.

Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqan əməkdaşlarının apardığı ilkin araşdırma zamanı Z. İsmayılova əri 1970-ci il təvəllüdlü Fazil Allahverdi oğlu İsmayılov tərəfindən qətlə yetirildiyi məlum olub. F. İsmayılov saxlanılıb. O, həyat yoldaşını balta ilə vurduğunu etiraf edib. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO