Cəlilabadda mağaza yanaraq külə döndü – FOTO  

Hazırda oxunan: Cəlilabadda mağaza yanaraq külə döndü – FOTO  

188398

Cəlilabadda təsərrüfat malları mağazası yanıb. 

Bizim.Media xəbər verir ki, rayonun Heydər Əliyev prospektində yerləşən dükanda elektrik qısa qapanmasından başlandığı ehtimal edilən yanğın obyektin bütün ərzisini bürüyüb. 

Nəticədə 100 kvatratmetirlik daxili hissədə olan bütün mallar yanaraq məhv olub. Gecə saatlarında baş verən yanğın hadisəsi zamanı eləcə də tikilinin bütün yanar konstruksiyaları sıradan çıxıb. Dükan sahibi Qurban Qurbanlı da hadisənin elektrik qısa qapanmasından baş verə biləcəyini ehtimal edir.  
Yanğının qonşuluqdakı digər dükan və tikililərə keçməməsi Fövqəladə hallar Nazirliyinin yerli bölmələri tərəfindən təmin edilib.  

Baş vermiş hadisə ilə əlaqədar müvafiq qrumların araşdırması davam edir. 














Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO