Aeroport yolunda ana və oğulun öldüyü qəzanın görüntüləri əldə edildi - ANBAAN VİDEO

Hazırda oxunan: Aeroport yolunda ana və oğulun öldüyü qəzanın görüntüləri əldə edildi - ANBAAN VİDEO

18830

Xəbər verdiyimiz kimi, aprelin 20-də Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, Taleh Tağıyev idarə etdiyi "Ravon" markalı, 90 PL 976 dövlət nömrə nişanlı avtomobillər Sabunçu dairəsi yaxınlığında yolu piyadalar üçün nəzərdə tutulmayan yerdə vurub.
 

MÖVZU İLƏ BAĞLI:

Aeroport yolunda dəhşətli qəza - ana və oğlu öldü - FOTO


Hadisə zamanı Zabrat qəsəbəsi sakini olan ana və 9 yaşlı oğlu yerindəcə keçinib, qadının bacısı isə ağır yaralanıb.

Avtosfer.az bu gün hadisənin görüntülərini əldə edib. Kadrlardan məlum olur ki, üç nəfər qaranlıq və 110 km/saat sürət rejimi tətbiq edilən yolda 5 zolaqlı yolu keçir. Onlar sürətlə hərəkət edən maşınların arasından çox etinasız şəkildə hərəkət edirlər. Nəticədə ən sonuncu zolaqda "Ravon" markalı avtomobilin qarşısına çıxırlar və maşın onları vurur.

Diqqətlə baxsanız görəcəksiz ki, sürücü maşını sola çəkərək sona qədər qəzadan yayınmağa çalışır, lakin piyadalar maşının üstünə atılırlar.

Həmin ərazidə sürət saat 110 km olsa da, qəza törədən avtomobilin sürəti təxminən 90-100 olub.

Bir daha piyadaları yollarda diqqətli olmağa, qayda pozmamağa, keçidlərdən istifadə etməyə çağırırıq. Yeri gəlmişkən, bu qəzanın baş verdiyi ərazinin 300-400 metrliyində yerüstü piyada keçidi var.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO