Qızılhacılı sakinləri doğma kəndlərinin azad edilməsindən danışdılar - VİDEO

Hazırda oxunan: Qızılhacılı sakinləri doğma kəndlərinin azad edilməsindən danışdılar - VİDEO

188241

Qazax rayonunun Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) aprelin 19-da Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Bizim.Media xəbər verir ki, işğaldan azad edilən Qızılhacılı kəndinin sakinləri sevinclərini “İTV Xəbər”lə bölüşüblər.

Qızılhacılı kənd sakini Şakir Quliyev doğma yurdlarının işğaldan azad edilməsinə sevindiyini bildirib:

“İnşallah tezliklə kəndimizə qayıdarıq. Orada yaşayıb-yaradacağımız günləri səbirsizliklə gözləyirik”.

Kəndin digər sakinlərindən olan Namiq Alıyev bu hadisəni uzun zamandır arzuladığını qeyd edib:

“Kəndimizin işğaldan azad edilməsi və onunla bərabər digər kəndlərin də işğaldan azad olunması bizim arzumuz olub”.

Daha ətraflı videomaterialda:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO