Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Hazırda oxunan: Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

188074

Vaxtilə rüşvətə görə işdən çıxarıldığı iddia olunan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2 saylı Şirvan-Salyan Regional filialının sabiq direktoru Zəfər Nağıyev yaxın günlərdə Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə rəhbər gətirilir. 

Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, Zəfər Nağıyev bu barədə özü yaxın ətrafına danışıb. 

Təqribən 15 gündür boş qalan sözügedən vəzifəyə təyinat üçün Zəfər Nağıyevin hazırda məzuniyyətdə olan Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun da razılığını aldığı deyilir.
Zəfər Nağıyevin əsas rəqibi hesab olunan Əsəd Əsədov da sözügedən vəzifəyə iddialıdır. 

Məlumata görə, hazırda Zəfər Nağıyevlə Əsəd Əsədov arasında ciddi mübarizə gedir. 

Qeyd edək ki, Əsəd Əsədov hazırda Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin sədr müavinidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO