Operativ Qərargaha çağırış – “Ölkəyə səfərlə bağlı sərt qaydalar dəyişdirilməlidir”

Hazırda oxunan: Operativ Qərargaha çağırış – “Ölkəyə səfərlə bağlı sərt qaydalar dəyişdirilməlidir”

18797

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin birinci rübündə ölkəmizə gələn turistlərin sayında azalma davam edib. Belə ki, həmin müddətdə Azərbaycana 117.2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.4 dəfə xarici gəlib.

Səfər edənlərin çoxu əsasən qeyri-turizm məqsədilə ölkəmizə gəliblər. 

Rəsmi statistikaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11.9, Türkmənistandan – 8.9, Qazaxıstandan – 7.7, Özbəkistandan – 5.2, Rusiya Federasiyasından – 4.1, Ukraynadan – 3.7, Böyük Britaniyadan – 3.6, Belarusdan – 2.1, Türkiyədən – 1.9, İrandan – 1.6 dəfə azalıb.

Bizim.Media xəbər verir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov məsələni “Facebook” hesabında şərh edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana gələn turistlərin sayı 6 dəfə azalıb – Vüqar Bayramovdan HƏYƏCAN TƏBİLİ 


Deputatın sözlərinə görə, COVİD- 19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi:

“Bununla belə yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq, ölkəyə səfərlərlə bağlı sərt qaydaların dəyişdirilməsinə ehtiyac var. İcazə verilən meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi varsa da belə ölkəmizə daxil ola bilməz. Halbuki test nəticələri neqativ olan əcnəblilərin potensial virus daşıyıcısı riski ciddi şəkildə aşağıdır. Buna görə də, bu şəxslərin səfərləri epidemioloji baxımdan hər hansı ciddi təhlükə yaratmır”.

Xatırladaq ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları, onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı, yaxud azyaşlı övladı gələ bilər.

Həmçinin Azərbaycan vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər, eləcə də ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO