AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib - FOTO

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib - FOTO

Hazırda oxunan: AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib - FOTO
187874
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın milli aviadaşıyıcısı AZAL aprelin 18-də Bakıdan Pakistanın Kəraçi şəhərinə ilk reysini yerinə yetirib. Eniş zamanı təyyarə su şırnağı ilə qarşılanıb.

Bizim.Media xəbər verir ki, Bakı və Kəraçi arasında uçuşlar həftədə iki dəfə — Bakıdan Kəraçiyə cümə axşamı və bazar günləri, əks istiqamətdə isə bazar ertəsi və cümə günləri həyata keçiriləcək. 

Kəraçi AZAL-ın marşrut şəbəkəsində Pakistanın sayca üçüncü şəhəri oldu. Aviaşirkət eyni zamanda Pakistanın paytaxtı İslamabada və bu ölkənin digər böyük şəhəri olan Lahora müntəzəm reyslər yerinə yetirir.

Kəraçi Pakistanın mühüm iqtisadi, tarixi və mədəni mərkəzlərindən biri hesab olunur. Bakı-Kəraçi-Bakı marşrutunun açılması Azərbaycan və Pakistan arasında əlaqələrin daha da möhkəmlənməsinə, biznes və turizm imkanlarının genişlənməsinə töhfə verəcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib - FOTO - foto 1
AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib - FOTO - foto 2
AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib - FOTO - foto 3
AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib - FOTO - foto 4
Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO