Mənzildə köməksiz qalan azyaşlı xilas olunub - VİDEO

Hazırda oxunan: Mənzildə köməksiz qalan azyaşlı xilas olunub - VİDEO

187165

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə hər iki ünvana cəlb olunublar.
Xüsusi alpinist ləvazimatlarından istifadə edərək Nərimanov rayonu ərazisindəki onyeddimərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında qalan 2022-ci il təvəllüdlü azyaşlı xilas edilərək valideynlərinə təhvil verilib.

Həmçinin, Nizami rayonu ərazisindəki onyeddimərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzilə alpinist ləvazimatlarından istifadə edərək eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında aşkar edilən 2000-ci il təvəllüdlü yeniyetmə yaxınlarına təhvil verilib.
 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO