Xəstəxanaya yerləşdirilən Çingiz Abdullayevin SON DURUMU 

Xəstəxanaya yerləşdirilən Çingiz Abdullayevin SON DURUMU 

Hazırda oxunan: Xəstəxanaya yerləşdirilən Çingiz Abdullayevin SON DURUMU 

186952

Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti yaxşılaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə “report.az”a yazıçının yaxınları məlumat verib.

Bildirilib ki, Ç.Abdullayevin həyatı üçün təhlükə sovuşub, durumu sabitləşib. Hazırda Xalq yazıçısının müalicəsi xəstəxana şəraitində davam etdirilir.

Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısı səhhətində yenidən problem yarandığından hospitala yerləşdirilib.
Xatırladaq ki, Ç.Abdullayev 1959-cu il aprelin 7-də anadan olub. 2005-ci ildə Xalq yazıçısı adına layiq görülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO