Zərdabda AİLƏ FACİƏSİ: Ata və 6 yaşlı qızı Kürdə boğuldu

Zərdabda AİLƏ FACİƏSİ: Ata və 6 yaşlı qızı Kürdə boğuldu

Hazırda oxunan: Zərdabda AİLƏ FACİƏSİ: Ata və 6 yaşlı qızı Kürdə boğuldu

186902

Kür çayının sahilində istirahət etmək istəyən ata və qızı çayda batıb.

Bizim.Media-nın aran bürosu verir ki, dəhşətli hadisə Ağcabədi rayonunda Kür çayının Nəcəfqulubəyli kənd ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Zərdabın Qoruqbağı kənd sakini 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızı və atası Vaqif Süleymanlı və ailə üzvləri Kür çayının kənarında yerləşən su matorunun ərazisində istirahət ediblər. Bu zaman ailənin qız övladı 6 yaşlı Səma Süleymanlı suya yıxılıb.
Bunu görən atası Süleymanlı Vaqif  Tahir oğlu qızını xilas etmək üçün onun ardınca suya tullanıb.

Nəticədə ata və qızı suda boğulub.

Hazırda ata və qızın çayda axtarışları davam edir.

Əlavə məlumat veriləcək.

Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO