Arvadı onu döyən ərini bağışlamadı - Həbs qərarı verildi

Arvadı onu döyən ərini bağışlamadı - Həbs qərarı verildi

Hazırda oxunan: Arvadı onu döyən ərini bağışlamadı - Həbs qərarı verildi
186631
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda yaşayan 34 yaşlı Türkiyə vətəndaşı H. A. Yemlihan oğlu arvadını döydüyünə görə həbs edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib.

H.A.Yemlihan ifadəsində deyib ki, hadisə vaxtı sərxoş vəziyyətdə olub.

O, gözəllik salonunun qarşısında arvadı Gülərin (şərti ad-red) telefonunu almaq istəyib, bu əsnada aralarında mübahisə yaranıb. Sərxoş olduğuna görə onu vurub, bir müddət sonra isə polis əməkdaşları tərəfindən tutulub. 
Gülər izahatında əri ilə barışmaq istəmədiyini, qanunla müəyyən edilmiş həddə cəzalandırılmasını istəyib. 

Məhkəmənin qərarı ilə H.A.Yemlihan İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə təqsirli bilinərək 20 sutka müddətinə həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO