Sürücüyə yazılan qəribə cərimə - VİDEO 

Sürücüyə yazılan qəribə cərimə - VİDEO 

Hazırda oxunan: Sürücüyə yazılan qəribə cərimə - VİDEO 
186605
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yüksək sürətlə hərəkət edən başqa sürücünün cəriməsi Ucar sakininə göndərilib. Sonradan cərimənin yol polisinə aid olduğu məlum olub.

Bizim.Media xezerxeber.az-a istinadən xəbər verir ki, Qəhrəman Məmmədov 18 il əvvəl aldığı “VAZ-2106” markalı minik maşınını bu günə qədər etibarnamə ilə idarə edib.

Onun sözlərinə görə, bir il öncə qardaşına etibarnamə verib. Bundan sonra onun mobil telefonuna Bakı-Quba magisrtal yolunda sürət həddini aşdığına görə radara düşməsi ilə bağlı mesaj gəlib. Qəhrəman Məmmədov bundan sonra Ucar rayon polis şöbəsinin dövlət yol polis bölməsinə yaxınlaşıb. Araşdırma zamanı məlum olub ki, cərimə yol polisinə məxsusdur.
Q.Məmmədovun sözlərinə görə, başına gələnlər bununla bitməyib. Yenidən onun cərimələndiyi məlum olub. Amma bu dəfə araşdırma üçün müraciət etsə də, cəhdləri boşa çıxıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru Elvin Hacıyev bildirib ki, yol verilən qayda pozuntusu xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən texniki xəta səbəbindən şəxs barəsində yanlış qərar çıxarılıb. Məsələ araşdırılaraq texniki xəta aradan qaldırılıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO