Vətəndaşların bank kartlarından 4188 manat oğurluq edən qadın SAXLANILDI

Vətəndaşların bank kartlarından 4188 manat oğurluq edən qadın SAXLANILDI

Hazırda oxunan: Vətəndaşların bank kartlarından 4188 manat oğurluq edən qadın SAXLANILDI

186544

Bakıda vətəndaşların bank kartlarından ümumilikdə 4188 manat oğurluq edən qadın saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, aprelin 6-da paytaxt sakini olan qadının bank kartından 335 manatının oğurlanması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən A.Hüseynova qısa müddətdə müəyyən olunaraq saxlanılıb.

Onun daha bir nəfərin bank kartından 3853 manat vəsait oğurlaması da məlum olub.

Hazırda araşdırma aparılır.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO