Təlimdə həlak olan hərbçimiz dəfn olundu – FOTO/VİDEO

Təlimdə həlak olan hərbçimiz dəfn olundu – FOTO/VİDEO

Hazırda oxunan: Təlimdə həlak olan hərbçimiz dəfn olundu – FOTO/VİDEO

185944

Ötən gün təlim atışmaları zamanı həyatını itirən Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Quba Şəhidlər Xiyabanında dəfn olunub. 

Bizim.Media xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov şəhidin cənazəsi bükülmüş Azərbaycan bayrağını atası Kamal Xələfova təqdim edib. 

Atası Kamal Xələfov "Vətən sağ olsun” deyərək oğlu ilə sonuncu dəfə aprelin 2-də danışdıqlarını söyləyib. 
“Saleh keçən ilin oktyabr ayında hərbi xidmətə yollanmışdı, bu il martın 18-də məzuniyyətə gələn Saleh martın 28-də qulluq etdiyi hərbi hissəyə qayıtmışdı" - deyə əsgərin atası vurğulayıb. 

Qeyd edək ki, Saleh ailənin ilk övladı idi. Onun bir qardaş, bir bacısı var. 

 


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO