Bakıda yataqxana binasındakı yanğında 14 nəfər XƏSARƏT ALIB 

Hazırda oxunan: Bakıda yataqxana binasındakı yanğında 14 nəfər XƏSARƏT ALIB 

185939

Bakının Binəqədi rayonu, Azadlıq prospektində mənzildə baş verən yanğında 14 nəfər xəsarət alıb. 

Bu barədə Bizim.Media-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI

Bakıda yataqxanada YANĞIN: 45 nəfər təxliyə edildi  YENİLƏNİB/FOTO/VİDEO


Bildirilib ki, hadisə ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub. 

Xəsarət alanlardan 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 

10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib. 

Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küç., 150 ünvanında yerləşən yataqxana binasında yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri çərçivəsində 45 nəfər binadan təxliyə edilib. Həyata keçirilmiş tədbirlərlə yanğın söndürülüb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO